"Sumqayıt Kimya Sənaye Parkı" tender elan edib

"Sumqayıt Kimya Sənaye Parkı" tender elan edib
# 22 aprel 2017 07:54 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC açıq tender elan edib.

"APA-Economics" Tender komissiyasıın yaydığı məlumata istinadən xəbər verir ki, tender aşağıdakı 3 lot üzrə keçirilir:

Lot - 1. Sumqayıt Kimya Sənaye Parkının hasarlanması və nəzarət-buraxılış məntəqələrinin tikintisinin satınalınması.

Lot - 2. Sumqayıt Kimya Sənaye Parkının 94,13 ha ərazisində qaz xəttinin tikintisinin

satınalınması.

Lot -3. Sumqayıt Kimya Sənaye Parkının rabitə xidmətlərinin təmin edilməsi məqsədilə ATS-dən əraziyə qədər çəkilən FO-24 kabelin davamı olaraq 94,13 ha ərazidə tikiləcək

obyektlərə FO kabellərinin paylanması işlərinin satınalınması.


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı hər lot üçün 500 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma

müddəti bitdikdən sonra 30 bank günü);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi

vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və

rekvizitləri;

- tələb olunan digər zəruri sənədlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 may 2017-ci il tarixə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 7 iyun 2017-ci il, saat 18.00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisə yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 8 iyun 2017-ci il saat 15.00-da açılacaq. Zərflərin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR