Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə çırpılıb

Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə çırpılıb
# 14 may 2017 00:09 (UTC +04:00)

Yunanıstanın Saloniki şəhəri yaxınlığında Afina-Saloniki sərnişin qatarı relsdən çıxaraq evə çırpılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alanlar var.

Qəza zamanı qatarda 100-dək sərnişin olub. İnsident yerli vaxtla 21.40-da (Bakı vaxtı ilə 22.40-da) baş verib.

Məlumata görə, elektrovoz və 5 vaqon relsdən çıxıb. Relsdən çıxan elektrovoz yaxınlıqdakı evə çırpılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR