“Azneft” bu il 2 mln. ton neft, 1,7 mlrd. kubmetr qaz hasil edib

 “Azneft” bu il 2 mln. ton neft, 1,7 mlrd. kubmetr qaz hasil edib
# 18 may 2017 14:20 (UTC +04:00)

SOCAR-ın “Azneft” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib.

“Azneft” İB-dan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, “Azneft” kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.

Bu ilin dörd ayı ərzində “Azneft” üzrə 2 mln. 39,9 min ton neft hasil edilib. Bu ilin ötən dörd ayı ərzində 1 mlrd. 693 mln. 136 min kubmetr qaz hasil edilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən dörd ay da uğurla davam etdirilib. Belə ki, ötən dörd ay ərzində “Azneft”in sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 10573 ton əlavə neft hasil edilib.

Ötən dörd ayda fəaliyyətsiz quyu fondundan 19 quyu planlaşdırıldığı halda, faktiki olaraq 39 quyu istismara qaytarılıb. Bu quyulardan 10385 ton neft alınıb.

Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, ilin əvvəlindən 209 geoloji tədbir keçirilib, nəticədə 44900 ton neft hasil edilib ki, bu da plana qarşı 42 tədbir çox və 17770 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 13274 ton plana qarşı 17225 ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR