Bəzi universitetlərdə elektron imtahan qiymətlərinin tələbələr tərəfindən dəyişdirildiyi məlum olub

Bəzi universitetlərdə elektron imtahan qiymətlərinin tələbələr tərəfindən dəyişdirildiyi məlum olub
# 19 may 2017 11:06 (UTC +04:00)

Bu gün Azərbaycanda proqram təminatında piratçılığın səviyyəsi ölkə üzrə 84%, məktəblərdə 3%, peşə təhsilində 99% təşkil edir.

APA-nın xəbərinə görə, bunu deyən “Microsoft”un Təhsil Proqramları üzrə meneceri Emin Axundov bildirib ki, ali təhsil müəssisələrinin daxilində təhlükəsizlik sistemlərini qorumaq lazımdır.

Onun sözlərinə görə, ali məktəblər istifadə olunan proqramların mənşəyi, proqramın haradan əldə olunduğunu, onu hansı şirkətin idarə etdiyini, içərisinə nə qoyduğunu bilməlidir. Bu səbəbdən proqram təminatının lisenziyalaşdırılmasının çox vacib olduğunu deyən menecer qeyd edib ki, müəssisələr proqramları məhz lisenziya qaydalarına əsasən sahibkarlardan almalıdırlar: "Bir neçə dövlət universitetlərində elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilələr olub. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr də edib. Onlar qiymətləri dəyişib və ya silib, şəffaflıq sistemini pozub”.

E. Axundov bildirib ki, nəticədə universitetlər xərcə düşüb. “Elektron sistemlərə müdaxilə olan universitetlərdə proqram təminatları ən azından “Microsoft”un lisenziya qaydalarına uyğun istifadə olunmayıb. Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər. Müəssisə proqram təminatını bizdən almırsa, onu pirat üsulla əldə edir. Müdaxilə nəticəsində piratların sistemə nə yerləşdirdikləri bilinmir. Bunu yalnız özləri bilirlər və belə sistemlər üçün hər zaman təhlükə olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR