Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub
# 04 may 2024 20:32 (UTC +04:00)

Tacikistan-Özbəkistan Birgə Demarkasiya Komissiyası qrupları ümumi dövlət sərhədinin demarkasiyası prosesinə həsr olunmuş iclas keçirib.

APA xəbər verir ki, Düşənbədə keçirilən görüşlə bağlı Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər sərhədin demarkasiya xətti ilə bağlı bir-birlərinin razılaşdırdıqları təkliflər layihəsini hazırlayıblar.

İclasın sonunda nümayəndələr müvafiq protokolu imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR