Qəbul imtahanında istifadə olunmuş testlərin izahı DİM-in saytında yerləşdirilib

Qəbul imtahanında istifadə olunmuş testlərin izahı DİM-in saytında yerləşdirilib
# 15 iyul 2017 13:35 (UTC +04:00)

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən APA-ya verilən məlumata görə, 14 iyulda ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı” (http://eservices.tqdk.gov.az/ejurnal/) xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR