Abşeron rayon İcra Hakimiyyəti işçilərinə atəş açan şəxs tutulub

Abşeron rayon İcra Hakimiyyəti işçilərinə atəş açan şəxs tutulub
# 17 iyul 2017 10:43 (UTC +04:00)

Abşeronda icra hakimiyyətinin nümayəndələrinə atəş açan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR