Portuqaliya meşə yanğınları ilə əlaqədar Aİ-dən kömək istəyib

Portuqaliya meşə yanğınları ilə əlaqədar Aİ-dən kömək istəyib
# 13 avqust 2017 16:39 (UTC +04:00)

Portuqaliya meşə yanğınlarının söndürülməsi üçün Avropa İttifaqından kömək istəyib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Portuqaliya daxili işlər naziri Konştansa Urbana de Souza Avropa İttifaqından yanğınsöndürmə aviasiyasının və yanğınsöndürənlərin sayının artırılmasını xahiş edib.

Portuqaliya hakimiyyəti yaxın günlərdə əlverişsiz hava şəraiti, küləyin güclənməsi və temperaturun artmasının gözlənildiyi üçün Avropa İttifaqına belə bir müraciət ünvanlayıb. Meşə yanğınları ilə əlaqədar Koimbra dairəsində və ölkənin mərkəzində bir neçə bələdiyyədə fövqəladə vəziyyət elan olunub.

Ümumiyyətlə, Portuqaliya bu il meşə yanğınlarının sahəsinə görə Avropa ölkələri arasında ilk yerdədir. Meşə yanğınları 72 min hektardan artıq sahəni əhatə edib. İyun ayında bir neçə gün Leyriya dairəsinin Pedroqan-Qrandi bələdiyyəsində davam edən meşə yanğınları 64 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR