Advokat Niderland yığmasını tərk edəcək

Advokat Niderland yığmasını tərk edəcək
# 08 noyabr 2017 21:52 (UTC +04:00)

Niderland yığmasının baş məşqçisi Dik Advokat Şotlandiya və Rumıniya ilə yoldaşlıq oyunlarından sonra tutduğu vəzifədən gedəcək.

APA-nın məlumatına görə, bu barədə “Fox Sports” xəbər verib.

“Noyabr ayında keçiriləcək matçlardan sonra yığmanı tərk edəcəm”, deyə məşqçi qeyd edib.

70 yaşlı mütəxəssis 2017-ci ilin mayında Niderland millisinin baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında yığma komanda 4 oyunda qələbə qazanıb, 1-də məğlub olsa da, Niderland Dünya çempionatına vəsiqə qazana bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR