Ağstafada bacı bacını döyüb

Ağstafada bacı bacını döyüb
# 10 noyabr 2017 06:42 (UTC +04:00)

Ağstafada qadın döyülərək ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Həsənsu kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Tükəzban Firudin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadın bacısı tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR