Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu 363 qərar, 90 qərardad qəbul edib

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu  363 qərar, 90 qərardad qəbul edib
# 11 noyabr 2017 07:20 (UTC +04:00)

“Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkəmiz qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir”.

APA-nın "AzərTAC"a istinadən verdiyi məlumata görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin 12 Noyabr - Konstitusiya Günü ilə bağlı məqaləsində qeyd edilib. F. Abdullayev bildirib ki, Konstitusiyanın mətninə edilmiş bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür: “Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, iqtisadi inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. İnsan hüquq və azadlıqları ilə bağlı Konstitusiyaya edilmiş dəyişikliklər ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarından, habelə digər beynəlxalq çoxtərəfli müqavilələrdən irəli gələn İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsiplərə tam uyğundur”.

Məqalədə qeyd edilib ki, bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 363 qərar və 90 qərardad qəbul edilib. Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR