FHN işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib

FHN işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib
# 14 noyabr 2017 14:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və digər şəxslər iştirak edib.

Konfransın gündəliyi təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ - FHN işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilib.

Konfransda iştirak edən Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Mehbalıyev çıxış edərək, FHN işçilərinin Həmkarlar ittifaqının yarandığı gündən bu dövrə qədər fəaliyyətinə nəzər salaraq konfransın işini yüksək qiymətləndirib.

Nazir müavini E. Mirzəyev FHNa işçilərinin Həmkarlar İttifaqının qısa zaman ərzində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra həmkarlar ittifaqının Təftiş komissiyasının hesabatı dinlənilib.

Təftiş komissiyasının hesabatı bitdikdən sonra məruzə ətrafında çıxış edənlər FHN işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürdüklərini təklif ediblər. Bu təkliflə yanaşı, 2018-ci ilin fevral ayında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiya sədrinin yenidən seçilməsinə millət vəkili S. Mehbalıyevin yenidən namizədliyinin irəli sürülməsini dəstəklədiklərini bildiriblər.

Konfransın mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi başlanılıb.

Konfrans iştirakçıları tərəfindən M. İsmayılov FHN işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilib.

Daha sonra Həmkarlar İttifaqının Təftiş Komissiyasının və Respublika Komitəsinin üzvlərinin səsvermə yolu ilə yeni tərkibi təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR