Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib
# 13 yanvar 2018 08:00 (UTC +04:00)

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

Xarici İşlər Nazirliyinin ( XİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə F. Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstək verməsini xahiş edib.

Səfir onu da qeyd edib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. F. Qurbanov əlavə edib ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini prezident K.Grabar-Kitaroviçə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR