Latın Amerikası Film Festivalının bağlanış mərasimi keçirilib

Latın Amerikası Film Festivalının bağlanış mərasimi keçirilib
# 20 aprel 2018 08:03 (UTC +04:00)

Azərbaycanda ilk dəfə təşkil edilən Latın Amerikası Film Festivalının bağlanış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Dillər Universitetində təşkil olunmuş mərasimdə Meksika ve Peru ölkələrinə məxsus filmlər nümayiş edilib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektor məsləhətçisi Anar Osmanlı festivalın əhəmiyyətindən danışıb.

Daha sonra ise Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores çıxış edərək iştirakçılara film haqqında qısa məlumat verib.

Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini çıxışında belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası Film Festivalı təşkil olunub.

Festival çərçivəsində Latın Amerikası ölkələrinə məxsus 7 film nümayiş göstərilib.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR