Göygöldə otelin yaradılması ilə bağlı sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Göygöldə otelin yaradılması ilə bağlı sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır
# 01 may 2018 13:14 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Göygöl rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göygöl rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq kompleksinin, süd emalı və sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisələrinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının, kənd turizmi layihəsi, həmçinin otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-in müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR