Azərbaycanlı violençel ifaçısı London Kral Musiqi Kollecində çıxış edib

Azərbaycanlı violençel ifaçısı London Kral Musiqi Kollecində çıxış edib
# 04 may 2018 11:50 (UTC +04:00)

Azərbaycanlı violençel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev London Kral Musiqi Kollecində Martin Andrenin konduktorluğundakı orkestrlə birgə Brahamsın “Doule Concerto” əsərini səsləndirib.

APA-nın London müxbiri xəbər verir ki, onu skripkada Yume Fujise müşayiət edib.

Qeyd edək ki, C. Əliyev 1993-cü ildə Bakıda anadan olub. Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, 2017-ci ildə “Sir Karl Jenkins Musiqi” mükafatını qazanıb. C. Əliyev hazırda London Kral Musiqi Kollecində magistr təhsili alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR