Ziyafət Əsgərov: “BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır?”

Ziyafət Əsgərov: “BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır?”
# 08 may 2018 08:47 (UTC +04:00)

“1994-cü ildə bizə ATƏT-in Minsk Qrupunu sırıdılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik?"

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır: “Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR