Nazir müavini: "Sərhədin delimitasiyasına dair Gürcüstanla danışıqları intensivləşdirmək istəyirik"

Nazir müavini: "Sərhədin delimitasiyasına dair Gürcüstanla danışıqları intensivləşdirmək istəyirik"
# 10 may 2018 15:51 (UTC +04:00)

"Azərbaycan və Gürcüstan arasında heç bir kilsə məsələsi yoxdur. Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələsi mövcuddur".

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, 1996-cı ildən indiyə qədər aparılan iş nəticəsində Azərbaycanla Gürcüstan arasında 480 km-lik sərhəd xəttinin 2/3 hissəsi razılaşdırılıb.

"Qalan hissənin razılaşdırılması üçün işlər davam etdilir, çünki bu, asan məsələ deyil. Burada çox işlər görmək tələb olunur. Hər bir fikir ayrılığı olan sahə üzrə aylarla iş gedir, ekspertlər səviyyəsində görüşlər olur. Gürcüstan tərəfindən komissiyanın sədri ilə təmaslar qurulur. Biz danışıqları intensivləşdirmək istəyirik. Ola bilsin ki, bu il sərhədlərin delimitasiya və demarkasiya üzrə komissiyanın növbəti görüşü keçirilsin", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR