Elmar Məmmədyarov ABŞ-ın Ceymstaun Fondunun prezidenti ilə görüşüb

Elmar Məmmədyarov ABŞ-ın Ceymstaun Fondunun prezidenti ilə görüşüb
# 11 may 2018 15:39 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf tarixi və perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

E. Məmmədyarov ölkəmizin enerji strategiyası, TANAP/TAP layihələrinin icrası və Avropanın enerji təhlükəsizliyində rolu, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilə əməkdaşlığı, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatında ölkəmizin iştirakı və NATO üzv dövlətlərinə, o cümlədən ABŞ-a Əfqanıstan əməliyyatı üçün göstərilən tranzit və logistika dəstəyi barədə danışıb.

Eyni zamanda, görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR