Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də tutulub

Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də tutulub
# 16 may 2018 08:27 (UTC +04:00)

Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata götə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR