DİN: Polisə tabe olmayan motosiklet sürücüsünün narkotik daşınması ilə məşğul olduğu müəyyən edilib

DİN: Polisə tabe olmayan motosiklet sürücüsünün narkotik daşınması ilə məşğul olduğu müəyyən edilib
# 26 aprel 2024 12:52 (UTC +04:00)

Bəzi sosial şəbəkə səhifələrində paytaxtın Nizami rayonunda, metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsünün yol polisinə tabesizlik göstərərək qaçmasını özündə əks etdirən görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov APA-ya bildirib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu saxlanılıb: "Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.

Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR