“Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün görülən işlər 99% tamamlanıb

“Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün görülən işlər 99% tamamlanıb
# 17 may 2018 10:45 (UTC +04:00)

2017-ci ildə bütün Şahdəniz 2 layihəsi boyu əldə edilmiş bir sıra mühüm tikinti, istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra “Şahdəniz 2” və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir.

“Şahdəniz 2” layihəsinin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

1-ci rübdə “Şahdəniz 2” platformalarının hər ikisinin üst modullarının montajı və istismar sınaqları davam edib və surətlə irəliləyib. Ümumilikdə bu işlər 90% başa çatmaqla qrafiki qabaqlayır. Bu obyektlər artıq əməliyyatlar qrupuna təhvil verilib və işə salınma prosedurları yaxşı irəliləyir. Hazırda terminaldan platforma sisteminə ilk karbohidrogen daxil olmazdan əvvəl son yoxlama işləri aparılır.

Səngəçal terminalında “Şahdəniz 2” üçün inşa edilmiş obyektləri terminalın mövcud istismarda olan hissəsi ilə ayıran baryer sökülüb və hər iki hissə indi birləşdirilib. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib. Bu, həm ilk kommersiya ixracının, həm də “Şahdəniz” “Bravo” obyektlərindən hasilatın başlanması üçün çox vacib bir əməliyyatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR