Yığmamızın hücumçusu İtaliyada oynaya bilər

Yığmamızın hücumçusu İtaliyada oynaya bilər
# 29 may 2018 14:48 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İtaliyada davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, A seriyasında mübarizə aparan “Kazalmadjore” 28 yaşlı hücumçu ilə danışıqlara start verib.

İtaliyalı həmkarlarımızın yazdığına əsasən, Çempionlar Liqasının qalibi olmuş komanda serbiyalı Yovana Brakoçeviç və kubalı Kenya Karsakeslə razılıq əldə edə bilmədiyi üçün Rəhimovanı heyətinə qatmaqda maraqlıdı. Danışıqların müsbət yekunlaşacağı bildirilir.

“Kazalmadjore” 2017/2018 mövsümün 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Rəhimova “Fənərbaxça”dan ayrıldıqdan sonra klub axtarışındadı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR