Rusiya MDB ölkələrini Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb

Rusiya MDB ölkələrini Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb
# 06 iyun 2018 10:57 (UTC +04:00)

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu MDB-yə üzv dövlətləri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə rusiyalı nazir Tıva Respublikasının Kızıl şəhərində keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışında bildirib. "Bu gün Suriya ərazisinin böyük bir hissəsi terrorçulardan azad olunub. Qalan terrorçuların tərksilahı barədə danışıqlar gedir. Psevdoxilafətin yaradılması planı puça çıxıb. Münaqişənin siyasi yolla nizamlanması və Suriyanın vahid, bölünməz dövlət kimi dirçəlişi üçün bütün şərait yaradılıb”, - deyə o, qeyd edib.


Bununla əlaqədar Rusiya müdafiə naziri MDB ölkələrinə Suriyanın bərpasında iştirak təklif edib: "Hər kəsə məlumdur ki, təhlükəsizliyin təmin olunması ancaq birgə səylərlə mümkündür. Suriyada dinc həyatın bərpa olunmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya ilə bağlı əməkdaşlığımızın geniş spektrı mümkündür. Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya zonalarında birgə patrul xidməti, humanitar yardım göstərmək, infrastrukturun bərpası aiddir. Beynəlxalq terrorçuluqla mübarizədə və ümumi təhlükəsizliyin təmin olunmasında birliyimizi nümayiş etdirən dəstəyinizə ümid edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR