Lavrov və Ermənistanın yeni XİN rəhbəri Dağlıq Qarabağı müzakirə edəcək

Lavrov və Ermənistanın yeni XİN rəhbəri Dağlıq Qarabağı müzakirə edəcək
# 06 iyun 2018 23:24 (UTC +04:00)

Bu gün Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada Ermənistanın yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in nümayəndəsi bildirib.

Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ məsələsi və ikitərəfli əlaqələr müzakirə ediləcək.

Bu, Ermənistanda hökumət dəyişikliyi baş verdikdən sonra XİN rəhbərinin Rusiyaya ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR