Avstriya Putin-Tramp görüşünü qəbul etməyi təklif edib

Avstriya Putin-Tramp görüşünü qəbul etməyi təklif edib
# 08 iyun 2018 03:16 (UTC +04:00)

Avstriya hökuməti Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə ev sahibliyi etməyi təklif edib.

Bu barədə “Wall Street Journal”ı XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin Avropadakı mənbəyi sammitin yayda Vyanada baş tutacağını bildirilib. Məlumata görə, bu cür təşəbbüslə Vladimir Putin Avstriya kansleri Sebastyan Kurtsla danışıqlar zamanı çıxış edib.

Sebastyan Kurts öz növbəsində bu ideyanı Amerika rəhbərliyi ilə müzakirə etmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR