Tramp Kim Çen Inla danışıqlar üçün Sinqapura yola düşüb

Tramp Kim Çen Inla danışıqlar üçün Sinqapura yola düşüb
# 09 iyun 2018 18:59 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq üçün bu gün Kanadadan Sinqapura yola düşüb.

Məlumata görə, ABŞ prezidentinin təyyarəsinin iyunun 10-da saat 20.35-də (Bakı vaxtı ilə 16.35-də) Sinqapura eniş edəcəyi gözlənilir.

Görüş iyunun 12-nə planlaşdırılıb.

Qeyd edək ki, Donald Tramp “G-7” sammitində iştirak etmək üçün Kanadada səfərdə idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR