BNA: Bakıda 3060 avtobus sürücüsü fəaliyyət göstərir

BNA: Bakıda 3060 avtobus sürücüsü fəaliyyət göstərir
# 11 iyun 2018 11:38 (UTC +04:00)

"Son 8 ayda paytaxtın müxtəlif marşrut şəbəkələrində çalışan 1356 sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində iştirak edib".

"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

“Təlimləri uğurla başa vuran sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib. Hazırda Bakı ərazisində 3060 avtobus sürücüsü var. Müxtəlif marşrut xətlərində çalışan sürücülər təlimlərdən keçdikdən sonra kənar, “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan sürücülər də bu təlim mərkəzində təlimlərdə iştirak edə bilərlər. Həmçinin təlimi uğurla başa vurmayan sürücülər təkrar təlim mərkəzində təlimlərdə iştirak edəcəklər”, - deyə M.Ağayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR