Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verilib

Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verilib
# 11 iyun 2018 20:22 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasına fasilə verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə aksiyanın əsas təşkilatçısı Zaza Saralidze parlamentdə yeniyetmələrin qətli ilə bağlı yaradılmış müvəqqəti istintaq komissiyası ilə keçirdiyi görüşdən sonra bildirib.

O, parlament qarşısında toplaşmış etirazçılara aksiyaya bir həftə müddətinə fasilə verildiyini deyib: “Aksiya Ramazan ayının başa çatmasından sonra bərpa olunacaq və Pankisi sakinləri də etiraza qoşulacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR