Avropa Liqasının ilkin mərhələsinin cütlükləri müəyyənləşib

Avropa Liqasının ilkin mərhələsinin cütlükləri müəyyənləşib
# 12 iyun 2018 15:31 (UTC +04:00)

Avropa Liqasında 2018-19 mövsümünün ilk püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, ilkin mərhələnin cütlükləri müəyyənləşib.

14 klub 7 cüt təşkil edib. İlk görüşlər iyunun 28-də, cavab qarşılaşmaları isə iyulun 5-də oynanılacaq. Qalib gələn 7 komanda I təsnifat mərhələsində təmsilçilərimiz “Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri olacaq.

Avropa Liqası

İlkin mərhələ

“Avropa” (Cəbəllütariq) - “Priştina” (Kosovo)

“Sent Culia” (Andorra) - “Qzira Yunayted” (Malta)

“Enqordan” (Andorra) - “Folqore” (San-Marino)

“B36 Torshavn” (Farer adaları) - “Sent-Jozef” (Cəbəllütariq)

“Birkirkara” (Malta) - “Klaksvik” (Farer adaları)

“Tre Fiori” (San-Marino) - “Bala Taun” (Uels)

“Kevn Druids” (Uels) - “Trakai” (Litva)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR