Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
# 07 may 2024 15:53 (UTC +04:00)

Avropa Parlamentinin (AP) 31 deputatı Gürcüstanın Avropa İttifaqına (Aİ) namizədlik statusunun ləğv edilməsi və Gürcüstana maliyyə yardımlarının nəzərdən keçirilməsi üçün üçün Aİ-nin xarici siyasət rəhbəri Cozep Borellə müraciət edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə AP-nin üzvü Petras Austrevicius “X” platformasındakı paylaşımında bildirib. Deputatlar Gürcüstan rəsmilərinin və Gürcü Arzusu partiyasının davranışlarının namizəd ölkənin öhdəliklərinə zidd olduğunu bəyan ediblər.


“Birincisi, Gürcüstan rəsmilərinin və hakim “Gürcü Arzusu” partiyasının davranışı Aİ namizədi ölkənin öhdəliklərinə ziddir. Ona görə də Gürcüstanın namizəd statusu üzvlük prosesində əlavə proqres olmadan dayandırılmalıdır. İkincisi, Gürcüstanın dövlət büdcəsinə və hökumət proqramlarına Aİ maliyyəsi bir daha nəzərdənən keçirilməlidir”, - deyə deputatların Borellə məktubunda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR