Gürcüstan Baş Prokurorluğu deputat Azər Süleymanovdan girov tələb edib - YENİLƏNİB

Gürcüstan Baş Prokurorluğu deputat Azər Süleymanovdan girov tələb edib - <span style="color: red;">YENİLƏNİB
# 13 iyun 2018 13:35 (UTC +04:00)

Gürcüstanın Baş Prokurorluğu parlamentin deputatı Azər Süleymanovdan girov tələb edib.

APA-nın Gürcüstan bürosunun xbərinə görə, bu barədə Rustavi Prokurorluğunda keçirilmiş brifinqdə bildirilib.

A. Süleymanovun parlament üzvü kimi toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir. Qeyd olunub ki, A. Süleymanov Marneuli insidenti ilə bağlı daha yüngül əməldə günahlandırılır. Hazırda A. Süleymanovun toxunulmazlığının aradan qaldırılması məsələsi nəzərdən keçirilmir.

***

14:35

“Marneuli rayonunun rəhbəri Temur Abazov rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Onu 5 ildən 10 ilədək həbs gözləyir”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş Prokurorluğunun Kvemo Kartli bölgəsi üzrə idarəsində keçirilmiş brifinqdə bildirilib.

Həmin faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T. Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A. Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR