“Azəriqaz” bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 14 iyun 2018 07:57 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İB Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar, 15 iyun tarixdən 20 iyun tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə İB tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

“Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti idarəsində, Texniki istismar şöbəsində, Sumqayıt Qaz İstismar Sahəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur”, - deyə İB-nin yaydığı məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR