Rusiyada meşə yanğınlarının sahəsi 60 min hektarı keçib

Rusiyada meşə yanğınlarının sahəsi 60 min hektarı keçib
# 09 iyul 2018 02:26 (UTC +04:00)

Rusiyada meşə yanğınlarının sahəsi 60 min hektarı keçib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, son sutka ərzində 16 356 hektar sahədə 33 yanğın ocağı söndürülüb.

Bununla belə, hazırda Rusiya ərazisində 64 410 hektardan çox sahəni əhatə edən 62 meşə yanğını davam edir.

Meşə yanğınları Krasnoyarsk diyarı, Yakutiya, Maqadan və İrkutsk vilayəti, eləcə də bir sıra digər regionlarda qeydə alınıb. Yanğınların söndürülməsinə 1658 canlı qüvvə, 239 ədəd texnika və 72 hava nəqliyyatı vasitələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR