Aİ Gürcüstana yeni səfir təyin edib

Aİ Gürcüstana yeni səfir təyin edib
# 11 iyul 2018 11:00 (UTC +04:00)

Karl Hartzel (Carl Hartzell) Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinə rəhbər təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, K. Hartzel Aİ Şurasında Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə münasibətlər üzrə baş müşavir vəzifəsində çalışıb.

K. Hartzel bu ilin sentyabrında Gürcüstanda səlahiyyətlərinin icrasına başlayacaq.

Aİ-nin Gürcüstandakı hazırkı səfiri Yanoş Hermanın səlahiyyət müddəti başa çatıb. O, bu vəzifədə 2014-cü ildən çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR