Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi işdən azad edilib

Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi işdən azad edilib
# 11 iyul 2018 11:03 (UTC +04:00)

Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Ş.Mehdiyev öz ərizəsi ilə işdən ayrılmaq qərarına gəlib.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şahbaz Mehdiyev işdən öz ərizəsinə əsasən gedib: "Hələlik onun yerinə təyinat yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR