Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxslər tutulub

Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxslər tutulub
# 15 oktyabr 2014 07:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 9-da Qafqaz küçəsində, orada yaşayan Vidadi Məmmədova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb.

Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov yaxalanıb. Müəyyən edilib ki, o, Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1994-cü il təvəllüdlü Tahir Namazovla birlikdə oktyabrın 11-nə keçən gecə Nərimanov rayonu A.Qərib küçəsində yaşayan İsmət Məmmədova məxsus «VAZ-2106» markalı avtomobili qaçırıblar.

Daha sonra müəyyən edilib ki, onlar 2013-cü il sentyabrın 27-də Bakı şəhər sakini, Əfqan Abdullayevə məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan nəfəsliyin şüşəsini sındırmaq yolu ilə 180 manat, tütün məmulatı və ərzaq məhsulları, bu il sentyabrın 15-də Babək prospektində yaşayan Sabiq Babayevə məxsus «Toyota» markalı avtomobildən şüşəni sındırmaqla 1300 manat oğurlayıblar. Əməliyyat tədbirləri zamanı H.Məlikov və T.Namazov da saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR