Xırdalanda partlayış baş vermiş binanın bir hissəsi boşaldılır - VİDEO

Xırdalanda partlayış baş vermiş binanın bir hissəsi boşaldılır - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2014 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Xırdalanda dünən partlayış baş vermiş binanın bir hissəsi boşaldılır.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları mənzillərindən çıxarılıb.

Binanın partlayış baş vermiş bloku isə artıq sökülüb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov APA-ya bildirib ki, partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR