Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV

Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
# 03 may 2024 16:27 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan İdarəsi üzrə mərkəzləşdirilmiş idarəetmə prinsiplərinin tətbiqinə başlayıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib.

"Mərkəzi Bankın Naxçıvan MR idarəsinin ləğv edilməsi nəzərdə tutulmayıb. Tərəfimizdən aparılan fəaliyyət Mərkəzi Bankda, o cümlədən bütün ərazi idarələrində həyata keçirilən biznes proseslərin rəqəmsallaşdırılması ilə mərkəzləşdirilmiş idarəetmə prinsiplərinin tətbiq edilməsinə hədəflənib. Yəni, bir sıra daxili biznes prosesləri artıq Naxçıvan MR idarəsində müstəqil deyil, Mərkəzi Bankın mərkəzi sistemləri üzərindən aparılmağa başlayıb" - AMB-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR