Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 30 iyul 2014 13:39 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, Göygöl rayonu ərazisində Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun idarə etdiyi 52-BG-073 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və Bakı sakini Əbdürrəhimov Ramin Vaqif oğlunun idarə etdiyi 90 UG-925 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2107”-də olan sərnişin, 1966-cı il təvəllüdlü Gəncə şəhər sakini Xəlilova Yeganə Fəxrəddin qızı hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü R.Həsənov və onun digər sərnişini, 1940-cı il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Məlahət Məcid qızı xəsarət alıblar.

“Ford”un sürücünün isə yüngül xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR