Gəncədə 10 yaşlı qızı maşın vurub - VİDEO

Gəncədə 10 yaşlı qızı maşın vurub - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2014 17:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəddadilər küçəsində qeydə alınıb.

Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə küçə ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb piyadanın ehtiyatsızlığı olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR