Azərbaycanda narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən əcnəbilərin sayı açıqlanıb
# 11 iyul 2014 15:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğu - APA. Bu ilin 6 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1242 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, cinayət məsuliyyətinə cəlb edilənlərdən 34 nəfəri xarici ölkə vətəndaşları olub.

Əcnəbilərdən 1-i Litva, 6-sı Rusiya Federasiyası, 13-ü İran İslam və 14-ü Gürcüstan Respublikasının vətəndaşları olub. Onlardan 170 kq artıq müxtəlif növ narkotik vasitələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR