Naftalanda ev yanıb

Naftalanda ev yanıb
# 06 may 2024 13:23 (UTC +04:00)

Naftalanda yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Naftalan şəhərinin Qasımbəyli kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR