Məsud Bərzani: “Tezliklə İraq kürdləri arasında müstəqillik referendumu keçiriləcək”

Məsud Bərzani: “Tezliklə İraq kürdləri arasında müstəqillik referendumu keçiriləcək”
# 08 iyul 2014 12:44 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Türkiyədə kürd məsələsinin davam edən həll prosesini məmnuniyyətlə izləyirik. Kürd siyasətçilər düzgün mövqedən çıxış edərək, atılan addımları dəstəkləməlidir”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın kürd bölgəsinin lideri Məsud Bərzani Türkiyə Kürdüstan Demokrat Partiyasının (TKDP) sədri Sərtaç Bucakı qəbul edərkən deyib. M. Bərzani Türkiyə rəhbərliyinin islahatlarını və dialoq təşəbbüslərini müsbət qiymətləndirib: “Türkiyədəki kürdlərin realist siyasətə ehtiyacı var”.

İraqdakı son proseslərdən də söz açan M. Bərzani rəsmi Bağdadı qətiyyətsiz mövqe sərgiləməkdə ittiham edib. O bildirib ki, tezliklə, ən münasib vaxtda İraq kürdləri arasında referendum keçiriləcək və müstəqillik məsələsi müzakirəyə qoyulacaq: “Kərkük xalqının iradəsinə də sayğı göstəririk. Referendumda öz gələcəklərini müəyyən edəcəklər. Kərkükün bölgədə birgə yaşamaq üçün model əraziyə çevrilməsinə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR