Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum” keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum” keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2014 08:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum” keçirilir. APA-nın xəbərinə görə, Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən təşkil olunub.

Tədbiri BMT baş katibinin gənclər üzrə müavini Əhməd Əlhandavi açıb. Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir bildirib ki, ilk dəfə olaraq Bakıda gənclər siyasəti üzrə birinci qlobal forum keçirilir: “Bu forum böyük əhəmiyyət kəsb edir. 1998-ci ildən bəri belə bir forum keçirilməyib. Bu, XXI əsrdə ilk dəfə olaraq keçirilən gənclərin çox vacib tədbiridir".

Nazir deyib ki, forumda 160 ölkədən nümayəndə iştirak edir. Onun sözlərinə görə, forumda qəbul olunacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək və yeni prioritetlər aşkar olunacaq.

Forumda BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR