Şabranda maşın dərəyə aşıb, ölən var

Şabranda maşın dərəyə aşıb, ölən var
# 14 dekabr 2014 18:25 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Şabran-Zöhrabkənd yolunda qeydə alınıb. Şabrana ova gələn Bakı şəhər sakini Yarıyev Məhəmmədəli Fətəli oğlunun idarə etdiyi “Niva” markalı maşın dumanlı havada yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sürücü dünyasını dəyişib. Onun meyiti hadisədən 8 saat sonra tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR