Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı 16% artıb

Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı 16% artıb
# 29 oktyabr 2014 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 198 993,0 min dollar dəyərində 958 319,4 min ton yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 18,8% artıb. .

Bu ilin 9 ayında Azərbaycandan Gürcüstana 181 039,0 min dollar dəyərində 200 765,2 min ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 3,7% azalıb.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 83,8%-i yanacaq qazı və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 453 394,5 min dollar dəyərində məhsul ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR