Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Bakıya gəlir

 Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Bakıya gəlir
# 20 oktyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri planlaşdırılır.

BVF-in Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ağgün Qədirlinin adından “APA-Economics”ə daxil olan məlumatda bildirilir ki, səfərin məqsədi Azərbaycan iqtisadiyyatındakı proseslər və onun gələcək perspektivi ilə bağlı BVF əməkdaşlarının qiymətləndirmələrini yeniləmək, eləcə də makroiqtisadi siyasətlə bağlı müzakirələr aparmaqdır.

Qeyd edək ki, BVF əməkdaşlarının Bakıya səfəri Azərbaycan hökuməti ilə razılığa uyğun olaraq bu ilin oktyabrın 21-27-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR