Ukraynada keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Ukraynada keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb
# 07 noyabr 2014 22:41 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçki komissiyalarından aldığı protokolların 100% hesablanmasından sonra baş nazir Arseni Yasenyukun Xalq Cəbhəsi Partiyası seçici səslərinin 22,14 faizini, "Petro Poroşenkonun bloku" isə 21,18 faizini toplayıb.

“Özünəyardım” partiyası 10,97 faiz, " Müxalifətçi blok " 9,43 faiz, Radikal Partiya 7,44 faiz, “Batkivşina” isə 5,68 faiz səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR