Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 02 may 2024 16:48 (UTC +04:00)

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrdir.

Daşkəsən, Gədəbəydə arabir yağış yağıb. Qrız, Şəmkirdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək isti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR